İ.Ə.Rüstəmov – fəl.ü.e.d., prof., kafedra müdiri
Vəzifə
professor
İş telefonu: 538 04 21
Mail adresi:
QISA BİOQRAFİK MƏLUMAT
İ.Ə.Rüstəmov 1932-ci il fevral ayının 15-də Gədəbəy rayonu Şınıx mahalının Düz-Rəsullu kəndində anadan olmuşdur. 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Tarix fakültəsi nəzdindəki Fəlsəfə şöbəsinə daxil olub, 1954-cü ildə Universiteti fərqlənmə diplomu ilə bitiribdir. 1961-ci ildə “Həsən bəy Zərdabinin ictimai-siyasi və fəlsəfi görüşləri” mövzusunda namizədlik dissertasiyasını, 1972-ci ildə “Azərbaycanda təbiielmi biliyin inkişafının fəlsəfi problemləri (XIX və XX əsrin əvvəli)” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1965-ci ildə dosent və 1977-ci ildə professor elmi adını alıbdır. Həmin ilin iyul ayında Azərbaycan KP MK-nın nümayəndə heyətinin tərkibində Sov.İKP Mk-nın “Tərbiyəyə kompleks yanaşma” mövzusunda təşkil etdiyi Ümumittifaq nəzəri konfransda iştirak etmişdir. Əmək fəaliyyətinə Bakı Dövlət Universitetinin Fəlsəfə kafedrasında başlamış, 1984-cü ilə qədər burada çalışmış, laborant, baş laborant, müəllim, baş müəllim, dosent, professor seçilmiş, Universitet azad partiya komitəsinin katibi olmuşdur. 1984-1987-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyası Fəlsəfə kafedrasının müdiri, 1987-1988-ci illərdə Azərbaycan KP yanında Partiya Tarixi İnstitutu direktorunun elmi işlər üzrə müavini, 1988-1994-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyası Fəlsəfə kafedrasının müdiri, 1994-1999-cu illərdə Azərbaycan Respublikası Baş Nazirinin müavini, 1999–2004-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, 2004-cü ildən indiyədək Bakı Dövlət Universitetinin “Sosiologiya” kafedrasının müdiri vəzifəsində çalışır. 1991-ci ildə akademik S.İ.Vavilov adına medalla, 2007-ci ildə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının xarici həqiqi üzvü (akademiki) seçilmişdir. 2009-cu ildə BDU-nun 90 illik yubileyi ilə əlaqədar “Şöhrət” ordeninə layiq görülmüşdür. 30 elmlər namizədi və 6 elmlər doktoru yetişdirmişdir. 10 kitabın, 4 monoqrafiya, 170-ə yaxın məqalənin müəllifidir.Hal-hazırda kafedranın dosentləri T.Ağayev, A.Məmmədova, Ü.Şəfiyev, S.İsmayılova, R.Məmmədova onun elmi məsləhətçiliyi ilə doktorluq dissertasiyaları, kafedranın 8 nəfər doktorant və dissertantı onun elmi rəhbərliyi ilə namizədlik dissertasiyaları üzərində işləyirlər.
İ.Rüstəmov AMEA-nın Fəlsəfə İnstitutunda və Bakı Dövlət Universitetində Müdafiə Şuralarının üzvü, həmçinin BDU-da Böyük Elmi Şuranın, AMEA-nın Fəlsəfə İnstitutunda Problem Şurasının üzvüdür.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
Fəlsəfə üzrə elmlər doktoru, professor
ƏMƏK FƏALİYYƏTİ
Əmək fəaliyyətinə Bakı Dövlət Universitetinin Fəlsəfə kafedrasında başlamış, 1984-cü ilə qədər burada çalışmış (laborant, baş laborant, müəllim, baş müəllim, dosent, professor, Universitet azad partiya komitəsinin katibi);
1984-1987-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyası Fəlsəfə kafedrasının müdiri;
1987-1988-ci illərdə Azərbaycan KP yanında Partiya Tarixi İnstitutu direktorunun elmi işlər üzrə müavini;
1988-1994 cü illərdə Azərbaycan Dövlət Neft Akademiyası Fəlsəfə kafedrasının müdiri;
1994–1999-cu illərdə Azərbaycan Respublikası Baş nazirinin müavini;
1999–2004-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru;
2004-2019-cu illərdə Bakı Dövlət Universitetinin «Sosiologiya» kafedrasının müdiri vəzifəsində çalışıb;
30 nəfər elmlər namizədi və 6 nəfər elmlər doktoru yetişdirmiş, hazırda 5 nəfərin doktorluq dissertasiyası üzrə elmi məsləhətçidir.
TƏDRİS ETDİYİ FƏNLƏR
Azərbaycanın siyasi həyatı:başlıca meyllər və istiqamətlər, Siyasi hakimiyyət:nəzəriyyə və tədqiqatlar, İdarəetmənin sosiologiyası: mahiyyəti və strukturu
TƏDQİQAT SAHƏSİ
Azərbaycan ictimai-fəlsəfi və sosioloji fikir tarixi, siyasətin və idarəetmənin sosiologiyası.
İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR
2004 – Azərbaycan və Qazaxıstan sosioloqları ilə qarşılıqlı əlaqələrin yaradılması və bu ölkələrdə demoqrafik dəyərlərə münasibət. Bakı.
2006 - Mövlanə Cəlaləddin Ruminin 800 illiyi münasibəti ilə Beynəlxalq konfrans. Bakı.
2008 – Dünya fəlsəfəsi kontekstində İslam bölgəsi fəlsəfəsinin tədqiqi və tədrisi problemləri. YUNESKO xəttilə Beynəlxalq konfrans. Bakı.
2015 - "Dünyanı dəyişən müasir texnologiyalar" adlı Bakı Beynəlxalq Humanitar Forumun iştirakçısı olmuşdur.
ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ
- Seçilmiş əsərlər (Elmi məqalələr, fəlsəfi tənqid və dıgər yazıları) // “Turan nəşrlər evi”, Bakı, 2012, 434 s.
- Həsən bəy Zərdabi (Görkəmli təbiətşünas alim, böyük maarifçi-demokrat, mübariz publisist, ictimai və dövlət xadimi) “Turan nəşrlər evi”, Bakı, 2012, 235s.
- Философские проблемы развития естественнонаучной мысли в Азербайджане // ADPU nəşriyyatı, Bakı, 2014, 193 s.
- Dəyərli tədqiqat əsəri // Fəlsəfi düşüncələr dünyası. İzzət Rüstəmov – 80, Bakı, 2012
- "Ümumi sosiologiya" Dərs vəsaiti. Bakı. ADPU-nun mətbəəsi. 2014. 493səh. Tərcümə edən prof. İ.Rüstəmov
Elmi məqalələr
- Fəlsəfə və sosiologiya: təmas nöqtələri və fərqlər //Müasir mərhələdə sosial fəlsəfənin aktual problemləri. Məqalələr toplusu. Bakı, “Təknur”, 2011, s.6-22.
- Azərbaycan maarifçilik mədəniyyətinin mayakı – “Əkinçi” // Nəsir İmanquliyevin 100 illik yubileyinə nəşr olunmuş Respublika elmi-praktik konfransının materialları (21-22 dekabr, 2011) Bakı, 2011, s.317-331.
- “Əkinçi” ideyaları yolunda // Həsən bəy Zərdabi xatirələrdə “Azpoliqraf”, Bakı, 2013, s.218-221.
- İbn Xəldun Dövlət idarəçiliyi haqqında // “Bakı Universitetinin xəbərləri”, №4, 2013, s.66-221.
- Müasir dövrdə Azərbaycanda baş verən sosial dəyişikliklər və onların əsas istiqamətləri. // BDU-nun yaradılmasının 95-ci ildönümünə həsr edilmiş “Təhsil, şəxsiyyət və cəmiyyət” Respublika elmi-praktik konfransının materialları, Bakı, 2014, s.3-14.
- Orta sinif elmi müstəvidə.// Rəfiqə Əzimova. Keçid dövrü cəmiyyətinin sosial stratifikasiyasında orta sinif. Bakı, “Avropa”, 2014, s.4-6.
- Azərbaycan təhsilinin Heydər Əliyev fenomeni // Ümummilli lider Heydər Əliyevin 92 illik yubileyinə həsr olunmuş “Təhsilin inkişaf strategiyası və onun reallaşdırılması” mövzusunda VII Respublika elmi-praktik konfransının materialları. (7 may 2015), s.3-6.
- Təhsil baxış yeni konteksdə. (Təhsil fəlsəfəsi seriyasından) "Azərbaycan məktəbi" jurnalı 2016, №3, s.11-15
- Вместо предисловия к книге проф. Шахлара Аскерова "Путь к совершенству". Москва. Издательство флинта. Наука. 2016, с.3-4.
- Сущность милосердия в исламе (həmmüəllif dos. S.İsmayılova). Massachusetts №1 (13)January-June, 2016. Volume VII.MJT Press, 2016, p.559-563.
Tərcümə əsərləri
12. Rəfiqə Əzimova. İnsanşünaslıq XXI əsrin elmidir. // Bakı, “Təknur”, 2012, 156 s.
13. Z.T.Qolenkova, M.M.Akuliç, V.N.Kuznetsov. Ümumi sosiologiya. // ADPU nəşriyyatı, Bakı, 2014. 500 s.
14. Rəfiqə Əzimova. Keçid dövrü cəmiyyətinin sosial stratifikasiyasında orta sinif. // Bakı, “Avropa”, 2014, 100 s.
