Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

Sadıqov Elşən Misirxan oğlu – müəllim

İş telefonu: 012 539 01 12

Mail adresi: elshan.sadiqov.es1966@gmail.com

QISA BİOQRAFİK MƏLUMAT

Sadıqov Elşən Misirxan oğlu 1966-cı ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1973-1983-cü illərdə Bakıdakı 132 nömrəli məktəbdə orta təhsil almışdır. 1983-cü ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin əyani şöbəsinə qəbul olmuşdur. 1984-1986-cı illərdə hərbi qulluqda olmuşdur. 1986-cı ildə hərbi qulluğu bitirmiş və əmək fəaliyyətinə başlamışdır. 1991-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini Filoloq, azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirmişdir. 1995-ci ildən BDU-nun qiyabi şöbəsində çalışıb. 1999-cu ildən tədris hissənin baş metodisti vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir. 2000-ci ildə Ə.B.Haqverdiyevin əsərlərində etnik-psixoloji xüsusiyyətlərin inikası mövzusunda elmi iş üzərində çalışmışdır. 2016-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsində təhsil üzrə ekspert-baş mütəxəssis vəzifəsinə dəvət olunmuş, 2020-ci ilin oktyabr ayına qədər əmək fəaliyyətini həmin qurumda davam etdirmişdir. 2020-ci ilin oktyabr ayından etibarən BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin “Psixologiya” kafedrasında müəllim vəzifəsində çalışır. Evlidir. İki övladı var.

ƏMƏK FƏALİYYƏTİ

  • 1986-cı ildə əmək fəaliyyətinə başlamışdır
  • Bir müddət özəl və dövlət sektorunda çalışdıqdan sonra, 1995-ci ildən BDU-da əmək fəaliyyətini davam etdirmişdir.
  • 1995-ci ildən qiyabi şöbə, 1999-cu ildən tədris hissəsində baş metodist
  • 2016-2020-ci illər Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsində təhsil üzrə ekspert-baş mütəxəssis
  • 2020-ci ildən Psixologiya kafedrasında müəllim

TƏDRİS ETDİYİ FƏNLƏR

“Ümumi psixologiya”, “İnkişaf və yaş psixologiyası”, “Psixologiya tarixi”, “Psixologiyanın tədrisi metodikası” fənnlərini müxtəlif zamanlarda tədris etmişdir.

TƏDQİQAT SAHƏSİ

Ə.B.Haqverdiyevin əsərlərində Etnik-psixoloji xüsusiyyətlərin inikası. Altı məqaləsi BDU-nun və Elmlər Akademiyasının jurnalında çap olunub.

İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR

Təhsil Nazirliyinin təşkil etdiyi kurslarda, treninqlərdə iştirak etmişdir.

  • Təhsil proqramlarının xarici qiymətləndirilməsi. Bakı 1-3 oktyabr2019 cu il.
  • Bakı Dövlət Universitetində təşkil olunmuş Akkreditasiya bağlı Treninq. Bakı 5-6 noyabr 2019 cu il.

ÇAP OLUNMUŞ ƏSƏRLƏR

  1. Ə.B.Haqverdiyevin Ədəbi İrsinin Ədəbiyyatşünaslıqda Araşdırılması İstiqamətləri.
  2. Ə.B.Haqverdiyevin Ədəbi-Bədii İrsinin Tədqiqinin Əsas İstiqamətləri və Onun Araşdırılması Vəziyyəti.
  3. Ə.B.Haqverdiyevin Əsərlərində Əks Edilmiş Sosial-Psixoloji Problemlər.
  4. Ə.B.Haqverdiyevin Əsərlərində İnkas Olunmuş Sosial-Psixoloji Problemlərə dair.
  5. Ə.B.Haqverdiyevin İrsində Etnik-Psixoloji Xüsusiyyətlərdəki Naqisliklər Haqqında.
Bookmark and Share
© Bakı Dövlət Universiteti