Cəfərova Səbinə Elçin qızı
Pedaqogika kafedrasının baş laborantı
QISA BİOQRAFİK MƏLUMAT
S.E.Cəfərova 8 mart 1991-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1997-ci ildə Bakı şəhər Nəsimi rayon 9 nömrəli orta məktəbə gedib. 2008-ci ildə ADPU-nun pedaqogika və psixologiya fakültəsinə daxil olmuş, 2012-ci ildə həmin fakültəni bitirmişdir. 2012-ci ildə oranı bitirib Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinə daxil olmuş, 2014-cü ildə fərqlənmə diplomu ilə bitirmişdir. Hal-hazırda Pedaqogika kafedrasında baş laborant vəzifəsində çalışır.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
2014-cü ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin magistratura pilləsini bitirib.
2014-cü ildə «XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda təhsil və pedaqoji fikrin inkişafı» mövzusunda magistr işini müdafiə edib.
2015-ci ildən Bakı Dövlət Universitetinin dissertantıdır.
ƏMƏK FƏALİYYƏTİ
2014-cü ildən Pedaqogika kafedrasında laborant vəzifəsində çalışır. 15-dən çox məqalə və tezisin müəllifidir.
