Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ
  • Müəllimlər

İSLAMŞÜNASLIQ MƏRKƏZİ

BDU-nun İslamşünaslığın Tədrisi və Tədqiqi Elmi Mərkəzinin rəhbəri prof. Ə.C.Qurbanovdur.
Bu mərkəz 1998-ci ildə Bakıda keçirilən «İslam sivilizasiyası Qafqazda » mövzusunda beynəlxalq simpoziumda Azərbaycanın ümumilli lideri Heydər Əliyevin dərin məna, məzmun və mündərəcə kəsb edən tarixi nitqində dediyi aşağıdakı uzun müddətli proqram xarakterli çıxışından sonra yaradılmışdır.

«…Azərbaycanda islamşünaslıq sahəsində XX əsr demək olar, tamam itirilmişdir. Bu işləri görmək üçün Azərbaycanda islamşünaslıq elmini inkişaf etdirmək lazımdır. Bu məqsədlə Azərbaycan Elmlər Akademiyası, Bakı Dövlət Universiteti və elmi-tədqiqat institutları həmin sahə üçün xüsusi təşkilatlar, orqanlar və elmi mərkəzlər yaratmalıdırlar. Belə təşəbbüslər olsa, mən onları dəstəkləyəcəyəm, bunlar üçün hər cür şərait yaradacağam. Buna arxayın olun».

Mərkəzin yaradılması haqqında təşəbbüs Bakı Dövlət Universitetinin professoru, fəlsəfə elmləri doktoru, məşhur «91»-lərdən biri, hacı Əsədulla Qurbanov olmuşdur. BDU-da bu yeni qurumun yaranması barədə universitetin Böyük Elmi Şurasının 1999-cu ilin iyun ayında müvafiq qərarı, onun əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 iyul 1999-cu il tarixli sərəncamı və BDU-nun rektorunun R-124 saylı 11.10.1999-cu il tarixli əmri olmuşdur. Həmin əmrə əsasən professor, islamşünas – alim Əsədulla Qurbanov mərkəzə rəhbər təyin edilmişdir.

Professor Əsədulla Qurbanovun rəhbərliyi ilə ilk dəfə olaraq 2000-ci ildə mərkəz tərəfindən «Müstəqil Azərbaycanda islamşünaslığın aktual problemləri» mövzusunda respublika miqyaslı elmi-nəzəri və əməli əhəmiyyətli konfrans keçirilmişdir. Həmin ildə mərkəzin xətti ilə professor Qurbanovun «Beynəlxalq münasibətlər sistemində din – islam amili» adlı (ali məktəblər üçün) dərslik çap olunub tələbələrin istifadəsinə verilmişdir. Daha sonra mərkəzin xətti ilə «Islamşünaslığa aid terminlərin izahlı ensiklopedik lüğəti», «Islam və Heydər Əliyev fenomeni» monoqrafiyası tərtib olunmuşdur. Daha sonra mərkəzin xətti ilə «Islamşünaslığın Azərbaycan konsepsiyası» adlı layihələr hazırlan­mışdır. Həmin layihələr əsasında respublikanın dövrü mətbuatında: qəzetlərdə, jurnallarda, dərgilərdə, məcmüələrdə, toplularda çoxsaylı məqalələr çap olunmuş, efirdə, ekranda verilişlər getmiş, elmi məclislərdə, konfranslarda, simpoziumlarda… maraqlı fikirlər səslənmişdir. Həmçinin mərkəzin xətti ilə bir nəfər magistr – aspirant – Həsənova Vəfa Şahsuvar qızı hazırlanmış, onun «Müasir dövrdə islamşünaslığın aktual problemləri» mövzusunda namizədlik dissertasiya müdafiəyə məsləhət görülmüşdür.

Mərkəzin əməkdaşları hazırda «Müstəqil Azərbaycanda dünyavi, hüquqi, demokratik dövlət hümanist, sivilizasiyalı və vətəndaş həmrəyliyi cəmiyyəti quruculuğunda islamın ümümbəşəri mənəvi dəyərlərinin rolu» mövzusunda iri həcmli layihə üzərində çox ciddi elmi – tədqiqat işləri ilə məşğul olurlar. Bu kontekstdə mərkəzin əməkdaşlarının, o cümlədən qurumun rəhbərinin tədqiqat xarakterli çoxsaylı məqalələri çap olunmuşdur. Belə məqalələrə «Islam və Heydər Əliyev fenomeni», «Heydər Əliyev Azərbaycanda islamşünaslıq elminin banisidir», «Islam beynəlxalq terrorizmin əleyhinədir», «İlham Əliyev və islam», «Radikal xarakterli dini təriqətlərin mahiyyəti» və s. mövzularda yazıları buna misal göstərmək olar.

Hazırda mərkəz «Islamşünaslığa aid terminlərin izahlı – ensiklopedik lüğət», «Islam və Heydər Əliyev fenomeni» adlı monoqrafiyanın nəşrə hazırlan­ması kimi məsul işlə məşğuldur.

Bookmark and Share
© Bakı Dövlət Universiteti