KAFEDRANIN TARİXİ
Cəmiyyətin qayğıya ehtiyacı olan insanları ilə işləmək, onların problemləri ilə profesional səviyyədə məşğul olmaq üçün sosial işçi kadrların hazırlanmasına böyük ehtiyac olduğundan 2005-ci ildə BDU-nun Sosial elmlər və psixologiya fakültəsində təhsilin magistratura pilləsi üzrə Sosial iş ixtisası açılıb. 2008-ci ildə ölkəmizdə bu istiqamətdə mütəxəssis ehtiyacını təmin etmək məqsədilə BDU-nun Sosial elmlər və psixologiya fakültəsində təhsilin bakalavr pilləsi üzrə də kadr hazırlığına başlanılıb. Sosial iş ixtisası üzrə kadr hazırlığının keyfiyyətini artırmaq sosial işi elmi səviyyədə ölkəmizdə institutlaşdırmaq məqsədilə 03.11.2016-cı ildə BDU-nun Elmi Şurası Sosial iş kafedrasının açılması haqqında qərar qəbul edib. BDU-nun rektorunun 11.07.2017-ci il tarixli, R-75 saylı əmri ilə Sosial iş kafedrası yaradılıb və onun strukturu formalaşdırılıb.
Sosial işçi kadrlarının hazırlığında keyfiyyət göstəricilərini artırmaq, sosioloji tədqiqatlar vasitəsilə sosial işin elm sahəsi kimi öyrənilməsi və inkişaf etdirilməsi üçün BDU rektorunun 14.09.2017-ci il tarixli əmri ilə Sosioloji tədqiqatlar Elmi Tədqiqat Laboratoriyası Sosial iş kafedrasının nəzdinə keçirilib.
