Sosial və pedaqoji psixologiya
Sosial və pedaqoji psixologiya kafedrasına rəhbərlik psixologiya elmlər doktoru, professor Kamilə Ramiz qızı Əliyevaya həvalə edilib. Hal-hazırda kafedrada bir nəfər professor (Kamilə Ramiz qızı Əliyeva), beş nəfər dosent (Gülnarə Qulu qızı Hüseynova, Lalə Məhəmməd qızı Cabbarova, Rəşid Vəkil oğlu Cabbarov, Elnarə Abbas qızı Piriyeva, İranə Məhəmməd qızı Məmmədli), altı nəfər tam ştat müəllim (p.ü.f.d.Mehriban Niyaz qızı Eyyubova, p.ü.f.d. Müşfiq Hüseyn oğlu Mustafayev, Nərminə Şamil qızı Qurbanova, Şahnaz Rəcəb qızı Aslanova, Diyanə Rəşid qızı İbrahimova, Cəmilə Elşad qızı Səfərova), iki nəfər yarım ştat müəllim (Kamilə Vaqif qızı Qasımova, Ülkər Üzeyir qızı Həsənova), üç nəfər laborant (Aysel Hikmət qızı Hacıyeva, Çinarə Aydın qızı Hüseynli, Aydan Güləddin qızı Dadaşova) vəzifəsində çalışır
Kafedra əməkdaşları Universitetin əksər fakültələrində psixologiya fənnini, hüquq fakültəsində hüquq psixologiyası fən nini, sosial elmlər və psixologiya fakültəsində isə ixtisas kafedrası kimi sahə psixologiyalarını – sosial psixologiya, siyasi psixologiya, menecment psixologiyası, pedaqoji psixologiya, yaradıcılıq psixologiyası, etnopsixologiya, psixopedaqogika, təlim psixologiyası, təhsildə sosial-psixoloji xidmət fənlərini tədris edirlər.
K.R.Əliyeva rəhbərlik etdiyi kafedranın beynəlxalq əlaqələrinin genişləndirilməsi məqsədilə xarici ölkə universitetlərinin elmi təcrübəsindən fəal şəkildə istifadə edir. Müəllimlərin xaricdə təşkil olunan beynəlxalq konfrans və seminarlarda, qrant layihələrində mütəmadi iştirakına xüsusi diqqət yetirir. Kafedranın uğurlarından biri də professor K.R.Əliyevanın rəhbərliyi ilə kafedra əməkdaşlarının psixoloji terminlər lüğəti hazırlamasıdır.
