TƏDRİS LABORATORİYALARI
Gender və tətbiqi psixologiya kafedrasının nəzdin də "İnkişaf" mərkəzi fəaliyyət göstərir. 1990-ci ildə Təhsil Nazirliyinin əmri ilə "yaradıcı istedad" adı ilə yaradılan elmi-tədqiqat mərkəzinin əsas məqsədi ölkədə istedadlı uşaqları psixodioqnostika üsulları ilə araşdırıb aşkar etmək və onların intellektual, yaradıcı keyfiyyətləri üzərində işləməkdir. 2016-2018-ci illər üçün “Azərbaycanda innovasiyaların səmərəli tətbiqi üçün müəllimin davamlı peşəkarlıq səviyyəsinin artırılması yollarının tədqiqi” mövzu üzrə elmi araşdırılmalar aparılır. “İnkişaf” REPM-də hal-hazırda 2 nəfər ictimai əsaslarla: prof., psixol.ü.f.d. R.İbrahimbəyova və psixol.ü.f.d. Z.Veysova, 1 nəfər aparıcı elmi işçi- V.Məmmədova, 4 nəfər kiçik elmi işçi- İ.Zamanova, B.Kərimova , İ.Məmmədova, H.Kərimov elmi araşdırmalar aparır və onların Liseydə tətbiqi ilə məşğul olurlar.
