Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

TƏHSİL

Tətbiqi psixologiya sahəsi  də respublikamızda yenidir. Dünyada tətbiqi psixologiya elmi-texniki tərəqqi və eksperimental psixologiyanın uğurlu inkişafı ilə  bağlı meydana çıxmışdır.   Məsələ bundadır ki,  nəzəri psixoloji biliklər sürətli qloballaşma şəraitində çox zaman istifadəsiz qalır. Müasir dövrdə isə müxtəlif, bəzən hətta ziddiyətli     sosial  funksiyaları, yerinə yetirən hər hansı bir şəxs təcili köməyə möhtac olur. Bunun səbəbi  bir tərəfdən  ifrat ünsiyyət  mühitində yaşam, digər tərəfdən tənhalıqdır.  Belə  hissləri keçirən insanlar  psixoloqdan dərhal şərhsiz, əməli kömək gözləyirlər. Bunu isə yalnız tətbiqi psixologiyada toplanmış  yol və vasitələrdən istifadə edərək  təmin etmək olar. Tətbiqi psixologiyada deyilən kursların mövzuları öz praktiki istiqaməti ilə seçilir, məs. “Ümumpsixoloji praktikum” hər bir mövzunu konkret fəaliyyət , peşə sahəsi ilə əlaqələndirir . Eyni zamanda sürətli elmi-texniki tərəqqi, sonsuz informasiya axını şəraitində tam yeni texnologiyalar əsasında formalaşan cəmiyyətdə  “insan faktorunun” mənfi tərəflərinin aradan qaldırılmasına yönəldilmiş  “Əmək və mühəndis psixologiyası”, “Ünsiyyət psixologoyası” “Eksperimental psixologiya”nın öyrənilməsi tətbiqi psixologiya sahəsində mütəxəssislərin püxtələşməsinə öz töhfəsini verir.  Göstərilən fənnlərlə yanaşı hazırda bakalavr pilləsində “Ekstremal şəraitlərdə psixoloji xidmət”, “Psixodiaqnostika”, “Psixoloji məsləhət, psixokorreksiya və psixoterapiyanın əsasları”, “Psixokonsultasiya və treninq”,  “Riyazi metodların psixologiyaya tətbiqi”, kimi fənnlər tədris edilir.   2007-ci ildən kafedrada  “İnkişaf psixologiyası”  ixtisası üzrə magistrlar hazırlanır. Artıq 20 nəfərə  yaxın  magistrant  dissertasiyalarını uğurla müdəfiə edərək, magistr adını alıb. Hazırda   magistratura  pilləsində “İnkişaf psixologiyasının tarixi”, “İnsan davranışının genetikası”, “Müxtəlif yaş dövrlərində psixi inkişaf”, “Gerontopsixologiyanın əsasları”, “İnkişafın psixopatologiyası”, “İnkişaf və istedad”, “İnvayronmental psixologiyada memarlıq amili”, “Aktiv təlim üsulları”, “Liderlik psixologiyası”,  “Sosial işin psixologiyası”, “Ailə psixoterapiyasının nəzəriyyəsi və praktikası” adlı kurslar tədris olunur. Kursların tədris proqramları işlənib hazırlanıb və Fakültə Surasında təsdiq edilmişdir. “Psixi inkişafda risk faktorları” və “Riyazi metodların psixologiyaya tətbiqi” proqramları Təhsil Nazirliyinin qrifi ilə nəşr olunmuşdur.

Bookmark and Share
© Bakı Dövlət Universiteti