Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

Tələbə Gənclər Təşkilatı

Tələbə Gənclər Təşkilatının Əsasnaməsi

Azərbaycan Respublikası Prezident Administrasiyası Rəhbərinin 2005-ci il 15 fevral tarixi 41№li Sərəncamına əsasən Azərbaycan Respublikasında bütün ali və orta ixtisas təhsil müəssisələrində gənclər və tələbələrlə işin təkmilləşdirilməsi məqsədi ilə Tələbə Gənclər Təşkilatları yaradılıb. Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində də Tələbə Gənclər Təşkilatı fəaliyyət göstərir. Təşkilatın idarə heyətində sədr, sədrin müavinləri və aktiv üzvlər də daxil olmaqla 10 nəfər tələbə fəaliyyət göstərir.

Fakültə tələbə-gənclər təşkilatının əsas məqsədi tələbələrin asudə vaxtının səmərəli təşkil olunması,  respublika daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə və festifallarda istedadlı və yaradıcı tələbələrin iştirakının təmin edilməsi, tələbələr arasında mütəmadi sorğular keçirərək onların maraq dairəsində olan mövzuları aktuallaşdıraraq təlim və seminarların təşkil olunmasıdır. Fakültənin tələbə gənclər təşkilatının sədri Bəylərov İsa Sənan oğlu, sədrin müavinləri isə Musayev Elmir Şamil oğlu, Zülfüqarlı Əfsər Əkbər oğlu, Ağabalayeva Qumral Ceyhun qızıdır.

 

Əlaqə vasitələri:

BDU  TGT ilə əlaqə:
Facebook: https://www.facebook.com/BDUTelebeGencler
Instagram: https://www.instagram.com/bdu_tgt
Twitter: https://www.twitter.com/tgtbdu
E-mail: bdutgt1@gmail.com
Youtube:https://www.youtube.com/channel/UC34KAvgpwzdQtooyGINpO_g
Telefon: +994125102587

Bookmark and Share
© Bakı Dövlət Universiteti