Tələbə Elmi Cəmiyyəti
Tələbə Elmi Cəmiyyəti: Fakültənin tələbə elmi cəmiyyəti öz işini xeyli canlandıra bilmişdir. Tələbələrin elmi işə cəlb olunması xeyli intensivləşmişdir. Nəticədə tələbə elmi cəmiyyətinin üzvləri xüsusi bülleten buraxır və burada ən aktual məsələlərin işıqlandırılmasına səy göstərirlər. Bundan əlavə, tələbə elmi cəmiyyəti xətti ilə keçirilən tədbirlərdə tələbələr elmi yaradıcılığa həvəsləndirilir, onların dünyagörüşünün inkişaf etdirilməsinə, öz fikirlərinin sərbəst və aydın ifadə edilməsinə şərait yaradılır, digər universitetlərdə təhsil alan tələbələrlə dəyirmi masa ətrafında görüşlər, müzakirələr təşkil edilir, müxtəlif intellektual oyunlar keçirilir. Rzazadə Fidan Baxış qızı fakültə tələbə elmi cəmiyyətinin sədri, Məmmədli Aytac Həbib qızı, Əfəndiyeva Aytən Fazil qızı, Cəlilova Aisa Əbülfət qızı sədr müavinləridir.
Sosial elmlər və psixologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətin dəstəyi ilə aşağıdakı klublar fəaliyyət göstərir:
Təhsildə sosial-psixoloji xidmət
