Təlim və inkişaf problemi
Kursda dünya təhsil təcrübəsində özünəməxsus yeri olan sosial inklüziya və inklüziv təhsil sahəsi ilə bağlı ümumi məlumat verilir. «Daxil etmək» mənasını verən inklüziya anlayışı ötən əsrin 80-ci illərində xüsusi ehtiyacı olan uşaqların təlimi ilə bağlı meydana gəlmişdi. Aparılmış təhlillər nəticəsində məlum olmuşdur ki, əlil uşaqların adi məktəblərdə təhsil alan uşaqlardan ayrılması heç də səmərəli deyil. Araşdırmalar göstərmişdir ki, fiziki və əqli inkişafında fərqlərin olmasına baxmayaraq bütün uşaqların eyni mühitdə təhsil alması və inkişaf etməsi daha məqsədəuyğundur.
Kurs zamanı əhatə olunan mövzular aşağıdakılardır:
- İnklüziv təhsildə yanaşmalar
- İnklüziv təhsili şərtləndirən amillər
- Xüsusi təhsilə ehtiyacları olan üşaqlar
- «Xüsusi təhsil ehtiyacları» anlayışının yaranması tarixindən
- İnklüziya, seqreqasiya (ayırmaq, təcrid etmək) və inteqrasiya
