f.ü.f.d. Vəliyev Daxil Cahangir
Bakı Dövlət Universiteti
Sosial elmlər və psixologiya fakültəsi dekan müavini
İş telefonu: 539-02-41
e-mail: [email protected]
QISA BİOQRAFİK MƏLUMAT
1980-ci ildə anadan olmuşdur. 1999-cu ildə orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə ixtisasına qəbul olub. 2003-cü ildə bakalavr, 2005-ci ildə isə magistr təhsil pilləsini fərqlənmə diplomu ilə bitirib. 2005-2009-cu illərdə Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının aspirantı olub, 2013-cü ildə “Əli Şəriətinin dini-fəlsəfi görüşləri” mövzusunda dissertasiya müdafiə edib və fəlsəfə elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. D.C.Vəliyev əmək fəaliyyətinə 2007-ci ildən Sosial elmlər və psixologiya fakültəsində metodist vəzifəsilə başlayıb. 2013-cü ildən isə Sosial elmlər və psixologiya fakültəsində dekan müavini və Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasında 0.5 ştat müəllim vəzifəsində çalışır. F.ü.f.d. D.C.Vəliyevin 18-dən çox elmi əsəri vardır. Bir proqramı və bir monoqrafiyası çap olunmaq ərəfəsindədir. “Sosial və humanitar elmlərin müasir problemləri “adlı elmi əsərlər toplusunda redaktor müavinidir. BDU-nun Gənc alimlər şurasının üzvüdir. Ailəlidir, iki övladı var.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
- 1999-2003-cü illərdə BDU-nun Sosial elmlər və psixologiya fakültəsində (fəlsəfə ixtisası üzrə) (bakalavr) təhsil alıb.
- 2003-2005-ci illərdə BDU-nun Sosial elmlər və psixologiya fakültəsində (magistr) təhsil alıb.
- 2005-ci ildə fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının qiyabi aspirantı olub.
ƏMƏK FƏALİYYƏTİ
- 2006-cı ildən BDU-nun Sosial elmlər və psixologiya fakültəsində metodist
- 2006-cı ildən saat hesabı müəllim.
- 2013-cü ildən Sosial elmlər və psixologiya fakültəsinin Tədris işləri üzrə dekan müavini
Apardığı dərslər:
Fəlsəfə tarixi, mədəniyyətşünaslıq, mədəniyyət və sivilizasiya
TƏDQİQAT SAHƏSİ
Müasir dövr Şərq və Qərb fəlsəfəsi tarixi
SEÇİLMİŞ ƏSƏRLƏRİ
- Əli Şəriəti fəlsəfəsində mistisizm, bərabərlik və azadlıq ideyaları//Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal. Bakı:2009, №3(69), s.264-266
- Əli Şəriəti fəlsəfəsinin formalaşması//Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfransın materialları. Humanitar elmlər, Bakı: 2009, s.364-365
- Əli Şəriəti fəlsəfəsində özgələşmə problemi//Dünyaya baxış. Elmi, nəzəri, praktik jurnal. Bakı: 2009, №2, s.35-40
- Əli Şəriəti və Seyid Hüseyn Nəsrin dini-fəlsəfi baxışları arasınada oxşar və fərqli cəhətlərə dair//Bakı Universitetinin xəbərləri. Sosial-siyasi elmlər seriyası. 2009, №1, s.118-124
- İdeal cəmiyyət konsepsiyası// Tarix və onun problemləri. Nəzəri, elmi, metodik jurnal. Bakı Dövlət Universitetinin 90illik yubileyinə həsr olunmuş xüsusi buraxılış. Bakı:2009 №3, s.244-248.
- Əli Şəriəti fəlsəfəsində insan anlayışı// Psixologiya jurnalı. Elmi-praktik jurnal, Bakı:2009, №4, s.63-70.
- Əli Şəriəti fəlsəfəsinin üç əsas istiqaməti/ XXI əsr – mülahizələr və düşüncələr. Gənc tədqiqatçıların respublika elmi-praktik konfransının materialları (10 aprel 2010-cu il). Bakı: 2010, s.244-248.
- Проблемы культурной революции в творчестве Али Шариати// ХХI век: итоги прошлого и проблемы настоящего. Межвузовский сборник научных трудов, выпуск 13. Пенза: 2010, с.82-90.
- Milli-mənəvi dəyərlərin qorunması və milli ideya. “Multikulturalizm və insan haqları” mövzusunda beynəlxalq konfrans materialları. // Bakı Universiteti nəşriyyatı. Bakı, 2016,
- Postmodernizm və mədəni müxtəliflik. // Sosial və humanitar elmlərin müasir problemləri. Buraxılış №17. Bakı 2016, səh. 7-9
- Müasir cəmiyyətin modernləşməsində milli mədəniyyət amili. H.Hüseynovun elmi-nəzəri irsi və müasir fəlsəfənin aktual problemləri. Respublika elmi-praktik konfr.-nın materialları. Bakı, 03 may 2018-ci il
