Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

2011-2012-ci tədris ilində universitetdaxili “50+50” qrant müsabiqəsi

07/04/2011

Bakı Dövlət Universiteti professor-müəllim heyətinin, əməkdaşların, doktorant, magistrant və tələbələrin elm və təhsildə, universitetin ictimai həyatında əldə etdikləri nailiyyətləri daha da inkişaf etdirmək məqsədilə BDU-nun rektoru akademik A.M.Məhərrəmovun 09.06.2009-cu il tarixli R-48 saylı əmrilə təsis edilmiş universitetdaxili “50+50” qrant proqramının 1 oktyabr 2011-30 iyun 2012-ci il tarixlərini əhatə edən yeni mərhələsini açıq elan edir.

Müsabiqədə iştirak etmək üçün təqdimat sənədlərinin formaları BDU-nun elektron saytından əldə etmək olar (www.bsu.edu.az). Təqdimat sənədləri 1 aprel 2011-ci ildən 15 may 2011-ci il tarixinədək fakültə və institutların müvafiq müsabiqə komissiyalarına təqdim edilməlidir.

Fakültə və institutların müsabiqə komissiyalarının qərarları və seçilmiş qrant layihələri 30 may 2011-ci il tarixinədək universitet komissiyasına təqdim edilməlidir.

2010-2011-ci illərdə universitetdaxili “50+50” qrant proqramının qalibləri yeni müsabiqədə iştirak edə bilməzlər.

Universitetdaxili “50+50” qrant proqramı çərçivəsində alınmış nəticələrdə (məqalə, monoqrafiya, kitab, tezis və s.) bu qrant proqramına istinad edilməlidir.

 

Əməkdaşlar üçün təqdimat forması
Doktorant və dissertantlar üçün təqdimat forması
Tələbələr üçün təqdimat formasi

Bookmark and Share
© Bakı Dövlət Universiteti