2017-ISLAM HƏMRƏYLİYİ İLİ
10/04/2017Azərbaycan Respublikası Prezidentinin “2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında 10 yanvar 2017-ci il tarixli Sərəncamının və tədbirlər planının icrasını təmin etmək məqsədilə “İslam Həmrəyliyi İli-2017: reallıqlar və perspektivlər”, “İslam mədəniyyətində həmrəylik” mövzularında elmi-metodik konfransların keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə Sosial elmlər və psixologiya fakültəsində 7aprel 2017-ci il tarixində saat 12:00-da İslam həmrəyliyi ilə bağlı elmi konrfans keçirilib.
Konfransda bir sıra alim və pedaqoqlar, tələbələr, gənc tədqiqatçılar iştirak ediblər.
Prof. Rəbiyyət Aslanova konfransı açıq elan edib və çıxış nitqi söyləyərək qeyd edib ki, Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapıb. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradır. Bu baxımdan Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində bu mövzuda elmi konrfansın keçirilməsi məqsədəuyğundur.
Daha sonra məruzə üçün söz prof. Qızılgül Abbasovaya verilib. Tədbirdə həmçinin prof. İzzət Rüstəmov, prof. Ləzifə Qasımova, dosent Nərman Süleymanov çıxış ediblər.
Rəbiyyət Aslanova bu mövzu ilə bağlı gənclərin də fikirlərini eşitməyin maraqlı olacağını qeyd edərək sözü Fəlsəfə ixtisasının tələbəsi Qurbanov Cavada verib.
Son olaraq Rəbiyyət Aslanova qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi məhz 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsinin məntiqi davamıdır. Bu məqsədlə keçirilən tədbirlərin, elmi-metodik konfransların, dəyirmi masaların və həmçinin İslam həmrəyliyinə dair mühazirələrin təşkili davam edəcək.
Prof. Rəbiyyət Aslanova konfransda iştirak edənlərə dərin minnətdarlığını bildirərək daim həmrəy olmağı arzulayıb.
