21 Sentyabr-Beynəlxalq Sülh Günü
19/09/2014Sosial elmlər və psixologiya fakültəsində fakültənin dekan müavini dos.Ü.A.Şəfiyevin rəhbərliyi ilə “21 sentyabr-Beynəlxalq Sülh Günü” ilə əlaqədar tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan dos.Ü.A.Şəfiyev beynəlxalq sülh gününün keçirilmə tarixindən və zərurətindən bəhs edib, bu günün ictimai-siyasi əhəmiyyətindən danışıb, ölkəmizin sülhə münasibətini tarix və müasir dövr rakursundan şərh edib. Tədbirdə Azərbaycanın sülh quruculuğuna verdiyi töhvələrdən , Azərbaycanın siyasi xadimi, ümummilli lider H.Ə.Əliyevin beynəlxalq və regional sülh yaratma prosesində fəal iştirakından, bu gün də onun kursununun davam etdirilməsindən geniş söhbət açılıb. Tələbələr və magistrlarla interaktiv mühitdə keçən tədbirdə belə qərara alınıb ki, tələbələr sülh quruculuğu ilə bağlı esse və məqalələrlə müvafiq nəşrlərdə çıxış etsinlər.
