Alimlərimiz nüfuzlu beynəlxalq jurnalın redaksiya heyətinə daxil ediliblər
21/05/2019Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin müəllimlərinin adları yüksək indeksli jurnalın redaksiya heyətinə daxil edilib.
Belə ki, Sosial və pedaqoji psixologiya kafedrasının müdiri, professor Kamilə Əliyeva və həmin kafedranın müəllimi, psixologiya elmləri doktoru Rəşid Cabbarov “Tomson Reyter” (“Web of Science”) bazasına daxil olan “Revista Dilemas Contemporáneos: Educación, Política y Valores” adlı aparıcı jurnalın redaksiya heyətinə qəbul ediliblər. Azərbaycan elmi adına qazandıqları bu böyük uğur münasibətilə alimlərimizi təbrik edir, müvəffəqiyyətlər arzulayırıq.
