Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

Anar İsgəndərov Azərbaycan həqiqətlərini Amerikaya tanıtdı

10/06/2011

Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru professor Anar İsgəndərovun "Realities of Azerbaijan: 1917-1920" (Azərbaycan həqiqətləri 1917-1920) adlı kitabı Amerika Birləşmiş Ştatlarında nəşr olunmuşdur. Kitaba türk-erməni araşdırmaları üzrə görkəmli mütəxəssis, tarix elmləri doktoru, professor Castin Makkarti ön söz yazmışdır. Kitabda ermənilərin Cənubi Qafqazda məskunlaşması, ermənilərin Osmanlı imperiyasının tərkibində fəaliyyəti, Xüsusi Zaqaf­qaziya Komitəsi, Zaqafqaziya Komissarlığı, Zaqafqaziya Seymi, ermənilər tərəfindən 1918-1920-ci illərdə türk-müsəlman əhalisinə qarşı Azərbaycanın ayrı-ayrı bölgələrində, o cümlədən, Bakı, Şamaxı, Quba, Lənkəran, Zəngəzur, İrəvan, Urmiya, Maku və Xoyda həyata keçirilən soyqırımları, Azərbaycan Xalq Cüm­huriyyətinin Tiflis dövrü, Gəncə dövrü, Qafqaz-İslam Ordusunun Azərbaycana xilaskarlıq yürüşü, Bakı Xalq Komissarları Soveti, İngilis qüvvələrinin Bakıya daxil olması, Azərbaycan parlamentinin təşkili, AXC-nin daxili və xarici siyasəti, Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında iştirakı, AXC-nin Sovet Rusiyası tərəfindən işğalı mövcud arxiv sənədləri və qərb müəlliflərinin əsərləri əsasında tədqiq edilmişdir.
Kitabda 1990-2010-cu illərdə Ermənistan Respublikası tərəfindən Azər­bay­cana qarşı həyata keçirilən işğalçı siyasət, o cümlədən, BMT-nin ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı dörd qətnaməsi də öz əksini tapmışdır.
Kitaba ön söz yazan prof.Castin Makkarti özü də etiraf edir ki, Azərbaycanın 1917-1920-ci illər tarixi sovet dönəmində tədqiqat mövzusu olmadığına görə Qərb oxucusu bu problemlərdən xəbərsizdir. Kitabın ABŞ-da nəşr olunması Qərb oxucularına Azərbaycanda 1917-1920-ci illərdə baş verən proseslərlə obyektiv və qərəzsiz tanış olmağa imkan verəcəkdir.
Kitab ABŞ-ın ən nüfuzlu təşkilatlarına, o cümlədən, Konqres kitabxanasına təqdim olunmuşdur.

Mətbuat və İnformasiya Şöbəsi, 10 iyun 2011-ci il.

Bookmark and Share
© Bakı Dövlət Universiteti