Autizmlə bağlı maarifləndirici tədbir
06/04/20174 aprel 2017-ci ildə Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsinin Sosiologiya kafedrasının professoru Mina Hacıyevanın rəhbərliyi altında, “Sosial iş” ixtisası üzrə III kurs tələbələri Aytən Arazəliyeva, İnarə Məmmədova və Tacəddin Rzazadənin də iştirakı ilə 901ci auditoriyada “ Autizmlə bağlı maarifləndirici tədbir“ keçirilib.
Tədbirin mövzuları :
- Autizm nədir ?
- Autizmin ilkin yaranma səbəbləri
- Autizmin əlamətləri
- Dünya ölkələrin də və Azərbaycan da autizmlə bağlı həyata keçirilən xidmətlərin vəziyyəti
- Autizmin statistik göstəriciləri
- Autizm uşaqlara cəmiyyətin münasibəti ( bu barədə sorğu da keçirilmişdir. İnsanların əksəriyyəti autizmin nə olduğunu belə bilmir . Daha ətraflı məlumatlar sorğu da əks olunub )
- Autist uşaqlara necə davranmalı ? ( autizmdən əziyyət çəkən uşaqlara valideynləri tərəfindən göstərilən rəftar necədir ? və əslində necə olmalıdır ? )
Həmin tədbirdə həmçinin autizmlə bağlı məşhurların çəkdikləri maarifləndirici videolar eləcə də autizmin əlamətlərini daha ətraflı əks etdirən videoçarxlar və eyni zaman da autizmdən əziyyət çəkən uşağın müalicədən sonrakı vəziyyətini göstərən videolar və s. təqdim olunub.
Tədbirdə tələbələr sosial reklam da təqdim ediblər . Həmin sosial reklamın şüarı isə “ Əngəlsiz Bir Həyat Üçün Əl Ələ” idi ...
