Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

"AUTİST UŞAQLARLA SOSİAL İŞ” ELMİ SEMİNARI KEÇİRİLİB

14/04/2023

Sosial elmlər və psixologiya fakültəsi Pedaqogika kafedrasının təşəbbüsü ilə “Autist uşaqlarla sosial iş” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 2 saylı Uşaq Reabilitasiya Mərkəzinin direktoru, “House of Dreams” Cəmiyyətə İnteqrasiya Mərkəzinin təsisçisi Nərgiz Əliyeva, həmçinin Adelfi Universitetində Xüsusi pedaqogika kafedrasının assistenti, Təhsil elmləri doktoru, Autizm İdarə Heyətinin üzvü Stiven Shore və “Child with a future” fondunun təmsilçisi “House of Dreams” cəmiyyətə inteqrasiya mərkəzinin direktoru, sosial inteqrasiya üzrə mütəxəssisi Villiam Albert Peters iştirak ediblər. Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov qonaqları salamlayıb bildirib ki,   Təhsildə Sosial Psixoloji Yardım və Korreksiyaedici təlim ixtisaslarında təhsil alan tələbələr üçün bugünkü elmi seminarın böyük əhəmiyyəti olacaq. Çünki Stiven Shore və Villiam Albert Peters autizmdən əziyyət çəkmiş  mütəxəssis olduqlarından  autizmdən əziyyət çəkən uşaqlarla işləyən və işləmək istəyənlər üçün onların təcrübəsi çox əhəmiyyətli olacaq.

“House of Dreams” Cəmiyyətə İnteqrasiya Mərkəzinin təsisçisi Nərgiz Əliyeva çıxışında “Autist uşaqlarla sosial iş” mövzusunda keçirilən elmi seminarın əhəmiyyətindən danışdı. Qeyd etdi ki, bugünkü görüş təsisçisi olduğu mərkəzlə Sosial elmlər və psixologiya fakültəsi arasında səmərəli əməkdaşlığın əsasını qoymaqla yanaşı, tələbələrdə autizmdən əziyyət çəkmiş insanlarla işləmək  bacarıqlarına yiyələnmələri üçün əhəmiyyətli rol oynayacaq.

Daha sonra Autizm İdarə Heyətinin üzvü Stiven Shore elmi seminar zamanı özünün autizm sindromundan əziyyət çəkdiyini, lakin valideynlərinin böyük fədakarlığı və güclü dəstəyi ilə bu xəstəliyə qalib gəldiyini bildirdi. O, öz şəxsi təcrübəsi ilə bağlı tələbələrə məlumat verdi və autizm xəstəliyinin öhdəsindən gəlmək və uşaqlarda müvafiq sosial bacarıqların formalaşdırılmasında önəmli olacaq  mühitin yaradılması, hər birinə fərdi yanaşmaqla istifadə olunacaq yol və vasitələrdən danışdı. Onun çıxışı tələbələr tərəfindən maraqla qarşılandı.

Pedaqogika kafedrasının müdiri Ləzifə Qasımova bu elmi seminarın  Korreksiyaedici Təlim ixtisası üzrə təhsilalan tələbələrin daha dərin biliklərə yiyələnmələrində xüsusi rol oynayacağını bildirdi. O, daha sonra qeyd etdi ki, autizmdən əziyyət çəkmiş mütəxəsislərin çıxışları tələbələrdə  autizmli uşaqlarla pedaqoji işin didaktik oyunlar vasitəsilə təşkilində, onlarla yaradıcı şəkildə işlərin aparılma metodika və texnologiyalarına yiyələnmək sahəsində əhəmiyyətli rol oynayacaq. Elmi seminar tələbələrin mərkəz əməkdaşlarına və qonaqlara ünvanladıqları suallara verilən maraqlı cavablarla başa çatdı.

Bookmark and Share
© Bakı Dövlət Universiteti