Azərbaycanda müəllimlik peşəsinin mövqeyi adlı tədqiqatın təqdimatı
12/04/201111 aprel 2011 Bakı Dövlət Universiteti, Sosial Elmlər ve Psixologiya fakültəsi, Tətbiqi psixologiya ve gender kafedrasının dosenti Elmina Kazımzadə və Nigar IsmayılzadəXəzər Universitetində təqdimat keçirdi. Azərbaycanda müəllimlik peşəsinin mövqeyi üzrə bu tədqiqat Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi tərəfindən həyata keçirilmişdir və “SİQMA” İnkişaf və Beynəlxalq Əməkdaşlıq Tədqiqatlar Mərkəzinin apardığı sorğulara əsaslanır. Bu sorğu müxtəlif təbəqənin- təcrübəli müəllim və gənc pedaqojikadrların mövqeyini təmsil edir. Tədqiqat araşdırmalarımüəllimlərin məvacibi, müəllimlərin və tələbələrin motivasiya məsələlərinini vurğulayır. Tədqiqatın statistik analizi göstərir ki, cəmiyyətdə müəllimlik peşəsi yüksək dərəcədə hörmət olunan bir peşədir və başqa ixtisaslardan daha cəlbedicidir. Ümumilikdə, tədqiqatın yekunu təsdiq edir ki, müəllimlərin maliyyə və sosial dəstəkləyən, akkreditasiya və attestasiya ilə təlim keyfiyyətinin və müəllimlərin peşəkar inkişafını təmin edən bir siyasətin hazırlanması vacibdir .
