Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

Azərbaycanın təhsil ictimaiyyətinə ağır itki üz verib

03/08/2010

Azərbaycanın təhsil ictimaiyyətinə ağır itki üz verib. Bakı Dövlət Universitetinin Fəlsəfə (təbiət fakültələri üzrə) kafedrasının müdiri, Əməkdar elm xadimi, «İstiqlal» və «Şöhrət» ordenli, akademik Fuad Feyzulla oğlu Qasımzadə  2010-cu il avqustun 3-də ömrünün 82-ci ilində vəfat etmişdir.

F.Qasımzadə  1929-cu il  oktyabr ayının 22-də Bakı şəhərində anadan olmuşdur. 1937-1947-ci illərdə 1 saylı Bakı şəhər orta məktəbini bitirmiş, həmin il Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fəlsəfə fakültəsinə daxil olmuşdur. 1955-ci ildə namizədlik, 1966-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1962-ci ildən ömrünün sonundək Fəlsəfə (təbiət fakültələri üzrə) kafedrasının müdiri vəzifəsində çalışmışdır.

Əsas tədqiqat sahəsi Azərbaycan fəlsəfə ictimai fikri, sosial fəlsəfə,  ontologiya və idrak nəzəriyyəsi, estetika olmuşdur. 500-dən çox elmi əsərin, 15 kitabın  müəllifi olan akademik dövlət tərəfindən bir sıra təltif və mükafatlara layiq görülmüşdür.

Tanınmış  pedaqoq və alim, əsl ziyalı və səmimi insan Fuad Feyzulla oğlu Qasımzadəninn xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət  eləsin!

 

Bookmark and Share
© Bakı Dövlət Universiteti