Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

BDU alimləri Əskişəhərdə simpoziuma qatılıblar

03/06/2014

Əskişəhərdə Türk dünyası Müdriklər zirvəsi adı altında beynəlxalq simpozium keçirilib.

Tədbirdə Türkiyə Cümhuriyyətinin Təhsil naziri, professor Nabi Avcı, Kənd Təsərrüfatı naziri Mehdi Eker, Əskişəhər valisi Güngör Azim Tuna, Dini işlər başçısı, professor Mehmet Görmez, İslam Birliyi Təşkilatına üzv olan ölkələrin Parlament Birliyinin Baş katibi professor Mahmud Erol Kılıç, Əskişəhər Osman Qazi Universitetinin rektoru, professor Hasan Gönen, Harakani başçısı Yavuz Uzgu, Türkiyədən və Türk dünyasından gələn elm adamları, qonaqlar iştirak edib.

Simpoziumun hədəfi mənəviyyat müdriklərimizi anlamaq və gələcəyimizi birlikdə inşa etmək olduğu bildirilib və zirvənin dövrümüzün ruhuna uyğun milli və mədəni dəyərlər baxımından vacibliyi qeyd olunub. Zirvənin məqsədi təkcə müdrikləri xatırlatmaq deyil, həmçinin yeni bir mədəniyyət həmləsinin əsasını təşkil edəcək dəyərləri ortaya çıxarmaq olub.

Əskişəhər Osman Qazi Universitetində keçirilən tədbirdə çərçivəsində reallaşdırılan iclaslarda təxminən 200 şifahi, 23 yazılı məruzə təqdim edilib.

Bakı Dövlət Universitetinin əməkdaşları da simpoziumda iştirak edib. Tarix fakültəsinin professoru Anar İsgəndərov, dosenti Sevinc Qasımova, pedaqogika kafedrasının dosent əvəzi Kəmalə Qəhrəmanova məruzə ilə çıxış ediblər.

Mətbuat və İnformasiya şöbəsi, 03 iyun 2014-cü il.

Bookmark and Share
© Bakı Dövlət Universiteti