BDU müəllimləri Türkiyədə beynəlxalq konqresdə çıxış ediblər
10/12/2018
30 oktyabr-03 noyabr tarixlərində Türkiyənin Alanya şəhərində DTI Universiteti, Alanya Alaaddin Keykubat Universiteti, Alanya HEP Universiteti, Amasya Universiteti və Konya Qida və Tarım Universiteti, Alanya Bələdiyyəsi işbirliyi ilə IY.INES Təhsil və sosial elmlər (ESS - 2018) Beynəlxalq Konqres keçirilib.
Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Sosiologiya kafedrasının dosenti, s.ü.f.d. Yaqut Əliyeva “Qloballaşma prosesində Azərbaycan cəmiyyətində uşaq tərbiyəsinin aktual məsələləri: sosioloji təhlil” adlı məruzə edib. O, konfransın plenar iclasını aparıb və Təşəkkürnaməyə layiq görülüb.
Dosent Yaqut Əliyeva və adıçəkilən kafedranın müəllimi, s.ü.f.d.Sevinc Əliyeva panel iclasda "Qloballaşma dövründə Azərbaycan cəmiyyətində uşaq tərbiyəsinin mövcud məsələləri: Sosioloji təhlil” adlı məruzələri ilə çıxış edərək sertifikatla təltif olunublar. Onlar konqresin təşkilat heyətində elmi heyətin üzvü seçiliblər.
Qeyd edək ki, BDU təmsilçilərinin təqdim etdikləri məqalə və tezislərin konfransın materiallarında və Türkiyənin tanınmış elmi jurnalların birində çap olunacağı nəzərdə tutulur.
![]() |
![]() |
