Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

BDU «Thomson Reuters» Agentliyinin məlumat bazasından istifadə edəcək

09/12/2011

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov "Thomson Reuters" Agentliyinin Mərkəzi və Şərqi Avropa üzrə regional meneceri David Xorki və satış meneceri Mətin Tunçu qəbul edib. Rektor qeyd edib ki, agentlik ilə əməkdaşlıq Azərbaycan elminin və beynəlxalq səviyyədə tanınması baxımından xüsusilə əhəmiyyətli olacaq. "Thomson Reuters" məlumat bazası 100-dən çox ölkə  tərəfindən istifadə olunur. Nüfuzlu universitetlərin reytinq müəyyən edildikdə məhz bu agentliyin məlumat bazasından istifadə olunur. Bazada beynəlxalq konfranslar, impakt-faktorlu elmi jurnallar barədə informasiya yerləşdirilib.
Akademik Abel Məhərrəmov agentliyin məlumat bazasını əldə etmək üçün bir sıra dövlət orqanları ilə müvafiq memorandum layihəsinin birgə nəzərdən keçirilməsi zərurətinin vurğulayıb. Tərəflər agentliyin məlumat bazasının gələcəkdə istifadə istiqamətləri və imkanları haqqında fikir mübadiləsi aparılıblar.
Azərbaycan, o cümlədən, BDU alimlərinin əsərləri “Thomson Reuters” siyahısına düşən, dünyanın beynəlxalq tanınmış jurnallarında dərc edilir. "Thomson Reuters" məlumat bazasında 12 min elmi jurnalın, 148 min konfrans və s. barədə məlumat var.

Mətbuat və İnformasiya şöbəsi, 9 dekabr 2011-ci il

Bookmark and Share
© Bakı Dövlət Universiteti