Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

BDU-da 2017/2018-ci tədris ili üçün tələbələrin sənəd qəbulu

21/08/2017

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov 2017/2018-ci tədris ili üçün BDU-ya qəbul olmuş tələbələrin sənəd qəbulu prosesi ilə tanış olub, sonra universitetin həyətində tələbə və valideynlərlə görüşərək təbriklərini çatdırıb. Bakı Dövlət Universiteti haqqında qısa məlumat verən rektor bildirib ki, ümummilli lider Heydər Əliyevin tələbəsi və məzunu olduğu universitetə qəbul olmaq böyük şərəfdir.

Valideynləri maraqlandıran suallara cavab verən rektor, eyni zamanda yataqxana məsələsindən də danışıb. Son vaxtlaradək məcburi köçkünlərin məskunlaşdığı yataqxananın yararsız vəziyyətdə olduğunu deyən rektor, həmin binaların bir qisminin söküldüyünü və ərazidə təxminən 7 min tələbənin məskunlaşa biləcəyi böyük yataqxana kompleksinin inşa olunacağını da diqqətə çatdırıb.

Xatırladaq ki, universitetin bakalavriatura səviyyəsinə bu ilki qəbul planı  65 ixtisas üzrə 5200 nəfərdir.

Qeyd edək ki, 2017-2018-ci tədris ilində tələbə adını qazanan abituriyentlərin sənədlərinin qeydiyyat prosesi avqust ayının 25-dək davam edəcək.

Mətbuat və informasiya şöbəsi,16avqust 2017-ci il.

Bookmark and Share
© Bakı Dövlət Universiteti