Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

BDU-da Aprel şəhidlərinə həsr olunan tədbir təşkil edilib

03/04/2019

Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin tələbələri Aprel şəhidlərinə həsr olunan tədbir təşkil ediblər.

BDUnun Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə keçirilən tədbirdə çıxış edən layihə rəhbəri Şahnaz Əliəşrəfova bu şanlı tarix və onun uğurlu nəticəsi barədə ətraflı məlumat verib.

Sonra BDU THİK sədri Daşqın Qənbərov vətən uğrunda döyüşən, şəhid olan döyüşçülərimizi tanımaq və unutmamaq baxımından anım günlərinin keçirilməsinin əhəmiyyətindən bəhs edib.

Şəhid Əbdülməcid Axundovun anası Ceyran Axundova çıxışında tədbirin təşkilatçılarına və qonaqlara təşəkkür edib. O, şəhidlərimizin xatirəsinin daim əziz tutulduğunu, o cümlədən şəhid oğlu Əbdülməcid Axundovun xatirəsinə sənədli film çəkildiyini, müxtəlif anım tədbirlərinin təşkil olunduğunu qeyd edib.

Daha sonra şəhid Ə.Axundovun xatirəsinə həsr olunan film və aprel döyüşlərindən bəhs edən video-çarx nümayiş olunub . Tədbir tələbələrin təqdimatında bədii-kompozisiya ilə davam edib.

 

Bookmark and Share
© Bakı Dövlət Universiteti