Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

BDU-da Autizm sindromlu uşaqlara psixoloji yardımın təşkili \\\\

03/10/2018

Sentyabrın 28-də Bakı Dövlət Universitetinin Heydər Əliyev Mərkəzində "Autizm sindromlu uşaqlara psixoloji yardımın təşkili" mövzusunda seminar keçirilib. Tədbirdə Sosial elmlər və psixologiya fakültəsinin müəllim və tələbələri ilə yanaşı Ukraynanın "Ditina z maybutnim" Fondunun rəhbəri, Autizm Avropa təşkilatının konsulu İnna Serqienko və eyni adlı mərkəzin rəhbəri Natalya Struçek iştirak edib.

Seminarda Bakı Dövlət Universitetinin professorları – Sosial elmlər və psixologiya fakültəsinin dekanı Hikmət Əlizadə, dekan müavini Qızılgül Abbasova və Sosial və pedaqoji psixologiya kafedrasının müdiri Kamilə Əliyeva çıxış edib. Çıxış edənlər qonaqları salamlayaraq universitetdə adıçəkilən mözvu ilə bağlı görülən işlərdən bəhs ediblər.

Sonra Fondun Azərbaycandakı tərəfdaşı - "Purple Kids" Mərkəzinin direktoru Nərgiz Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın autizm sindromlu uşaqlara dəstək olmasından danışıb, BDU kollektivinin bu istiqamətdə gördüyü işləri təqdir edib. Psixoloq-tələbələrin çoxsaylı suallarının cavablandırıldığı görüşdə Mərkəzlə BDU-nun perspektiv əməkdaşlıq imkanları müzakirə edilib.

Bookmark and Share
© Bakı Dövlət Universiteti