Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

BDU-da Beynəlxalq Tolerantlıq günü qeyd edilib

18/11/2016

Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində Beynəlxalq Tolerantlıq gününə həsr olunmuş tədbir keçirilib. Müəllim və tələbələrin iştirak etdiyi tədbirdə çıxış edən dekan, professor Hikmət Əlizadə 2016-cı ilin Prezident İlham Əliyevin sərəncamı ilə “Multikulturalizm ili” elan edilməsindən, o cümlədən ölkəmizin tolerantlıq məkanına çevrilməsindən bəhs edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru, professor Azad Məmmədov mərkəzin fəaliyyəti barədə məlumat verərək Azərbaycanda bu sahədə uğurlu siyasətin aparıldığını vurğulayıb.
Daha sonra Sosiologiya kafedrasının professoru Kazım Əzimovun “Multikulturalizm: beynəlxalq təcrübə və Azərbaycan modeli” adlı məruzəsi dinlənilib.
Qeyd edək ki,
tədbir Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birgə təşkilatçılıq nəticəsində reallaşıb.

Bookmark and Share
© Bakı Dövlət Universiteti