Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

BDU-da “Düşüncə və davranış: paradoks” adlı seminar keçirilib

25/05/2018

Bakı Dövlət Universitetinin Sosial elmlər və Psixologiya fakültəsində “Düşüncə və davranış: paradoks” adlı seminar keçirilib.

 

Seminar Tələbə Həmkarlar İttifaqı Komitəsi və Sosial elmlər və Psixologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin (TEC) “Psixologiya” klublarının birgə təşkilatçılığı baş tutub.

TEC-in elmi rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru, dosent Rəşid Cabbarov  seminar barədə məlumat verib. Seminar  I kurs psixologiya ixtisası üzrə təhsil alan tələbələr - Günay Ələsgərova, Türkan Məmmədli və Fəridə Qəhrəmanlı tərəfindən davam etdirilib. Düşüncələrdən doğan xarakterik model kimi təfəkkür, dəyişdirilmiş düşüncə, bütöv (total) davranış, paradoksal düşüncə, davranış dəyişikliyi paradoksu və digər mövzularda çıxışlar dinlənilib. Sonda tələbələrin sualları  cavablandırılıb.

 

Bookmark and Share
© Bakı Dövlət Universiteti