Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

BDU-da intellektual yarışma keçirilib

11/12/2017

Bakı Dövlət Universitetində SABAH qrupları və BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş intellektual yarışma keçirilib. Tədbirdə çıxış edən BDU THİK-in sədri Daşqın Qənbərov iştirakçılara uğurlar arzulayaraq tədbiri açıq elan edib. Sonra layihə rəhbərləri - Sosial elmlər və psixologiya fakültəsinin 4-cü kurs tələbəsi Qaim Cəfərli və SABAH qruplarının 2-ci kurs tələbəsi David Poladov layihənin məqsədi, qaliblərin seçilmə mərhələləri barədə məlumat veriblər.

29 komandanın iştirak etdiyi yarışmada Sosial elmlər və psixologiya fakültəsinin SABAH qrupları komandası 1-ci, Filologiya fakültəsinin təmsilçiləri 2-ci, Sosial elmlər və psixologiya fakültəsinin komandası isə 3-cü yerin qalibi olublar.

Qalib komandalara BDU Tələbə Həmkarlar Təşkilatı tərəfindən diplom və pul mükafatı təqdim edilib.

Mətbuat və informasiya şöbəsi, 11 dekabr 2017-ci il

Bookmark and Share
© Bakı Dövlət Universiteti