Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

BDU-da “Qadınlar Azərbaycanın ictimai-siyasi həyatında” mövzusunda seminar keçirilib

07/02/2019

Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Gender və tətbiqi psixologiya kafedrası “Qadınlar Azərbaycanın ictimai-siyasi həyatında” mövzusunda növbəti seminar təşkil edib. Tarix fakültəsinin Azərbaycan  tarixi kafedrasının dosenti, tarix elmləri doktoru Lətifə Əliyeva Azərbaycanda qadınların ictimai rolu, yeri və sosial fəallığı ilə bağlı məruzə edib. O, Azərbaycan və xarici ölkələrin  arxivlərində apardığı araşdırmalar nəticəsində aşkar etdiyi yeni faktları seminar iştirakçılarının diqqətinə çatdırıb, verilən sualları cavablandırıb.

Seminarda Sosiologiya, Fəlsəfə tarixi və mədəniyyətşünaslıq, Sosial və pedaqoji psixologiya kafedralarının müdirləri - İzzət Rüstəmov, Rəbiyyət Aslanova, Kamilə Əliyeva və müəllimlər iştirak ediblər. Seminarı Gender və tətbiqi psixologiya kafedrasının müdiri Rəna İbrahimbəyova aparıb.

 




Bookmark and Share
© Bakı Dövlət Universiteti