Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

BDU-da soyqırım qurbanları anılıb

31/03/2015

Bu gün Bakı Dövlət Universitetində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib. BDU-nun rektoru, akademik Abel Məhərrəmov tədbiri açaraq Azərbaycan torpaqları hesabına dövlət quran ermənilərin tarixin bütün mərhələlərində xalqımıza qarşı insanlığa yaraşmayan qanlı əməllər törətdiklərini diqqətə çatdırıb. 1918-ci il 31 mart soyqırımından bəhs edən rektor bildirib ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı «Azərbaycanıların soyqırım haqqında» fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində bu qətliama siyasi qiymət verilib. Rektor Abel Məhərrəmovun sözlərinə görə, hər il martın 31-ni Azərbaycanlıların soyqırımı günü kimi qeyd etməklə biz bir daha tarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq şəkildə həyata keçirilən soyqırımı qurbanlarının xatirəsini ehtiramla anırıq.

Daha sonra  tarix elmləri doktoru, professorAnar İsgəndərov   ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri dövlət cinayətləri adlandıraraq bu hadisələrin həm də dini-etnik ayrıntılar zəminində həyata keçirildiyini bildirib.

Tədbirdə həmçinin tələbələrin çıxışları dinlənilib.

Mətbuat və informasiya şöbəsi, 31 mart 2015-ci il.

 

Bookmark and Share
© Bakı Dövlət Universiteti