Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

BDU-da “Yaşamaq sənəti və uğurun psixoloji modeli” adlı elmi-praktik seminar keçirilib

11/12/2017

Bakı  Dövlət Universitetində “Yaşamaq sənəti və uğurun psixoloji modeli” adlı elmi-praktik seminar keçirilib. BDU Tələbə Həmkarlar İttifaqı Komitəsi və Sosial elmlər və psixologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutan seminar ritorik fəaliyyətin, natiqlik xüsusiyyətlərinin artırılması, bədən dilindən istifadənin mütəhərrikləşdirilməsi məqsədilə təşkil edilib.

Seminarı giriş sözü ilə açan Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov təşkil edilən tədbirin, o cümlədən müzakirə ediləcək mövzuların əhəmiyyətindən bəhs edib.

Daha sonra gənc təlimçilər Nəzrin Verdiyeva, Aytən Əfəndiyeva, Nigar Pənalıyeva və Tubuxanım Həmidovanın çıxışları dinlənilib. Onlar müasir dövrümüzün dinamik dəyişkənliyindən, mühitə uyğunlaşmanın tələblərindən, qloballaşma şəraitində geniş yayılmış psixoloji problemlərin həlli yollarından danışıblar. Seminar diskussiya ilə davam etdirilib.

 

Bookmark and Share
© Bakı Dövlət Universiteti