Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

BDU-da Yeni il şənliyi keçirilib

31/12/2011

Bu gün Bakı Dövlət Universitetində Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Yeni il şənliyi keçirilib. Universitetin əməkdaşlarının övladları üçün keçirilən Yeni il şənliyi universitetin tarixində bu səviyyədə ilk dəfə qeyd olunub. Müxtəlif yerlərdə uşaqlar üçün keçirilən Yeni il şənliklərindən müəyyən narazılıqlarını bildirən əməkdaşların xahişlərini nəzərə alaraq BDU HİK bu məsələni ciddi müzakirə etmiş və Yeni il şənliklərinin universitetdə keçirilməsi barədə idarə heyətinin iclasında qərar qəbul olunub.

Valideynlərin əsas narazılıq obyekti olan Şaxta Baba hədiyyələrinin təşkilinə xüsusi diqqət yetirilib. Hədiyyələrin ən yaxşı şirniyyatlardan təşkil olunması üçün HİK-in sədri dosent Fikrət Şiriyevin rəhbərliyi altında komissiya təşkil edilmiş, şirniyyat bazalarından istehsal tarixi və keyfiyyəti diqqətlə yoxlanıldıqdan sonra konfetlər alınıb.

Əməkdaşların köməkliyi ilə üç mindən artıq hədiyyə qablaşdırılmış və tədbir günü uşaqlara pulsuz paylanıb.

Peşəkar aktyorlardan ibarət Şaxta Baba və Qar Qız, həmçinin musiqi kollektivləri uşaqların şənlənməsi üçün əllərindən gələn hər şey ediblər. Valideynlər üçün vestibüldə çay süfrəsi və maraqlı filmlərin nümayişi təşkil edilib.

Mətbuat və informasiya şöbəsi, 31 dekabr 2011-ci il.

Bookmark and Share
© Bakı Dövlət Universiteti