Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

BDU-nun dosenti Türkiyədə forumda çıxış edib

08/12/2018

1-3 noyabr tarixlərində  Türkiyənin Antalya şəhərində “EYFOR-IX” Forumu (9-cu  Təhsil İdarəsi Forumu) keçirilib.  Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin  Sosiologiya kafedrasının dosenti, s.ü.f.d. Yaqut Əliyeva forumda iştirak edib  və “Azərbaycanda tələbələrin elmi fəaliyyətilərinin sosial problemləri (sosioloji təhlil)” adlı məruzə  (həmmüəllif Sevinc Əliyeva) edib.

Türkiyənin EYUDER (Təhsil idarəçiləri və mütəxəssisləri dərnəyi),  AYK “Atatürk Araşdırma Mərkəzi Nazirliyi”nin işbirliyi ilə  keçirilən forumda Türkiyənin və 17 müxtəlif ölkənin alimləri və nümayəndələri iştirak ediblər.

Dosent Y.Əliyeva Beynəlxalq Forumun Təşkilat (Elmi Heyət) Heyətinin üzvü, EYUDER-in Azərbaycan təmsilçisi seçilib və konfransın təşkilində fəaliyyət göstərib. Məruzənin tezisi forumun materiallarında, məqalənin isə forumun məcmuəsində və bir elmi jurnalda çapı nəzərdə tutulub.

Bookmark and Share
© Bakı Dövlət Universiteti