BDU-nun əməkdaşlarına UNİCEF-in sertikatı təqdim edilib
21/10/2019Bakı Konqres Mərkəzində Azərbaycanda 2018-ci ildə gənclər siyasəti və gənclərlə iş üzrə yüksək ixtisaslı kadrların hazırlanmasını nəzərdə tutan ilk akademìk magistr proqramının yerli şəraitə uyğunlaşdırılmış formasını rəsmi təqdimatı keçirilib.
Azərbaycan Respublikasının Təhsil, Gənclər və İdman Nazirlikləri və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti ilə yaxın əməkdaşlığı çərçivəsində BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən işlənib hazırlanmış bu proqram Estoniya, Böyük Britaniya, Malta, Rusiya, Avstraliya və Finlandiyanın bu sahədəki qabaqcıl təcrübələrini yerli şəraitə uyğunlaşdırılmış formasını özündə əks etdirir. Proqramın bütün praktiki bölmələri isə UNICEF-in beynəlxalq ekspertlərinin rəhbərliyi ilə yerli mütəxəssislər tərəfindən hazırlanıb.
Tədbirdə Azərbaycan Respublikası Təhsil, Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinin yüksək vəzifəli şəxsləri, proqramı tətbiq edən altı ali təhsil müəssisələrinin rektoru, professor və tələbələri, habelə Azərbaycanda səfərdə olan Tallin Dövlət Universitetinin professorları olmaqla, bu proqramın Azərbaycanda işlənib hazırlanaraq sınaqdan keçirilməsinə dəstək vermiş UNICEF-in beynəlxalq ekspertləri iştirak ediblər.Sosial iş kafedrasının müdiri, dosent Üzeyir Şəfiyev, kafedranın baş müəllimi Elizə İsmayılova və kafedranın əməkdaşı Tamilla Əlizadəyə proqramın hazırlanmasında fəal iştiraklarına görə UNİCEF-in Azərbaycan nümayəndəliyinin sertifikatı təqdim edlib.
Qeyd edək ki, Azərbaycanda 2018-ci ildə gənclər siyasəti və gənclərlə iş üzrə yüksək ixtisaslı kadrların hazırlanmasını nəzərdə tutan ilk akademìk magistr proqramını tətbiq etməklə gənclərlə iş üzrə mütəxəssislərin formalaşdırılması milli platformasının əsası qoyulub.
