Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

BDU-nun müəllimləri Beynəlxalq Akademik Araşdırmalar Konqresində iştirak ediblər

13/11/2017

Türkiyənin Alanya şəhərində Beynəlxalq Akademik Araşdırmalar Konqresi keçirilib. Bakı Dövlət Universitetini Sosial elmlər və psixologiya fakültəsinin Sosiologiya kafedrasının dosenti, sosiologiya üzrə fəlsəfə doktoru Yaqut Əliyeva və müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva təmsil edib. Onlar “Qloballaşma prosesində Azərbaycanda təhsil sisteminin optimallaşdırılması və demokratikləşdirilməsi" , “Məktəb çantaları ilə bağlı valideyn fikirləri” adlı məruzələrlə  çıxışlar ediblər.

Türkiyənin DTI Universiteti, Alanya Alaaddin Keykubat Universiteti, Alanya HEP Universiteti, Amasya Universiteti ve Konya Gıda və Tarım Universitetlərinin birgə təşkilatçılığı ilə keçirilən konqres dörd gün davam edib. BDU müəllimləri bölmə rəhbəri olmaqla yanaşı, bir sıra görüşlərdə elmi müzakirələr ediblər. Sonda fəal iştirak edən nümayəndələr sertifikatla təltif olunublar.

Qeyd edək ki, məruzəçilərin tezisləri konqres ərəfəsində çapdan çıxıb, məqalələrin isə simpoziumun materiallarında və Türkiyənin tanınmış elmi jurnallarından birində çap olunacağı nəzərdə tutulub.

Bookmark and Share
© Bakı Dövlət Universiteti