BDU-nun professoru Sivas Cümhuriyyət Universitetində fəlsəfə tarixi üzrə mühazirə oxuyub
29/03/2018Bakı Dövlət Universitetinin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Rəbiyyət Aslanova Erasmus dəyişim Proqramı çərçivəsində Sivas Cümhuriyyət Universitetində olub, fəlsəfə tarixi üzrə mühazirələr oxuyub. Mühazirələr “Orta əsrlər Azərbaycan fəlsəfəsi”, XIX əsr Azərbaycan fəlsəfəsi”, “XX əsr Azərbaycan fəlsəfəsi”, “Müasir dövr Azərbaycan fəlsəfəsi”, “Türk dünyası fəlsəfi fikrinin aktual problemləri” mövzularına həsr olunub.
Cümhuriyyət Universitetinin ədəbiyyat fakültəsinin fəlsəfə bölümünün professor-müəllim heyəti ilə görüşlər zamanı Türk-Azərbaycan filosoflarının birgə tədqiqatlar aparması, Türk dünyası fəlsəfi fikrinin tədrisinin vacibliyi kimi məsələlər müzakirə olunub. 5 gün davam edən səfər çərçivəsində fəlsəfə bölümündə tədris olunan dərslər tələbələr tərəfindən maraqla qarşılanıb, tələbələr onları maraqlandıran suallarla müraciət ediblər.
Universitetin Fəlsəfə şöbəsinin müdiri, professor Ali Taşkın, professor Yıldız Karagöz Yeke Rəbiyyət Aslanovaya universitetin təşəkkür plaketini təqdim ediblər.
Sonda tələbə və müəllimlərlə xatirə şəkli çəkilib.
