Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

BDU-nun Sosial Elmlər və Psixologiya fakültəsində Ulu öndər anılıb

12/12/2018

Dekabrın 12-də Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin 15-ci anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri açan dekan, professor Hikmət Əlizadə Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki rolundan, o cümlədən elm və təhsil sahəsində həyata keçdirdiyi əvəzsiz xidmətlərdən bəhs edib.

Daha sonra çıxış edən Tələbə Gənclər Təşkilatının fakültə sədri İsa Bəylərov Ümummilli liderin gənclər siyasətindən danışıb.

Tədbirdə dekan müavini Qızılgül Abbasova, fakültənin tələbələri - Nigar Məmmədova "Heydər Əliyev və təhsil", Tavat Əsədova "Heydər Əliyev və idman", Səbinə Gondalova "Heydər Əliyev və mədəniyyət" və Ülkər Nəsirli "Heydər Əliyev və ana dili" mövzularında çıxış ediblər.

Sonda 2-ci kurs tələbəsi Zəhra Əliyevanın orta məktəb illərində inşa yazı müsabiqəsində qalib olan “Ulu Öndərə məktub” adlı məqaləsi maraqla dinlənilib.

Bookmark and Share
© Bakı Dövlət Universiteti