Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

BDU-nun tələbələri beynəlxalq elmi konfransda

08/01/2015

Bakı Slavyan Universitetində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri” mövzusunda XIII Beynəlxalq tələbə elmi-praktik konfransı keçirilib. Konfransa  xaricdən Litva, Polşa, Qazaxıstan və Rusiyanın 8 universitetindən nümayəndə və respublikanın 11 ali təhsil müəssisəsinin 297 tələbəsi qatılıb.

Bakı Dövlət Universitetinin hüquq, beynəlxalq münasibətlər və itqisadiyyat, tarix, sosial elmlər və psixologiya fakültələrindən 10 nəfər I kurs tələbəsi filologiya fakültəsinin doktorantı Pərvin Eyvazovun rəhbərliyi ilə konfransda iştirak edib.

Hüquq fakültəsindən Günay Məmmədova, Mehman Sadıqov, Tərlan Məmmədli, tarix fakültəsindən  Aygün Bayramova, Gülnar Bəşirova, Zümrüd Əmirxanlı, Türanə Məmmədova, sosial elmlər və psixologiya fakültəsindən Elvira Əskərova, beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsindən Cavad Bağırov, Süleyman Rəhimov müxtəlif mövzularda çıxış etdikləri maraqlı məruzələrlə universiteti uğurla təmsil ediblər.

Mətbuat və informasiya şöbəsi, 08 yanvar 2015-cü il.

Bookmark and Share
© Bakı Dövlət Universiteti