Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

Beynəlxalq Sülh Günü

22/09/2014

Sosial elmlər və psixologiya fakültəsində “Beynəlxalq Sülh Günü” ilə bağlı növbəti tədbir 22.09.2014-cü il tarixində keçirilib. Tədbiri giriş sözü ilə fakültənin dekan müavini dos. Ü.A.Şəfiyev açıb. O, bu günün təsis tarixinə ekuskurs edərək ölkəmizdə və dünyada Sülh gününün keçirilməsinin özəlliyini vurğulayıb. Sonra çıxış etmək üçün söz millət vəkili , MM-in İnsan hüquqları komitəsinin sədri, Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının rəhbəri R.N. Aslanovaya verilib. Prof. R.N.Aslanova Beynəlxalq Sülh gününün təsis olunma zərurəti və tarixindən danışaraq ölkəmizin sülhə verdiyi töhvələrdən bəhs edib. O, çıxışında bəşəriyyətin, o cümlədən azərbaycan cəniyyətinin sülhə, barışa nə qədər ehtiyacı olduğunu vurğulayıb. Bununla yanaşı ölkəmizin üzləşdiyi müharibə vəziyyətinə də diqqəti ayıraraq, mənfur qonşularımızın beynəlxalq hüquq və normalara məhəl qoymamasını da qeyd edib.

Bookmark and Share
© Bakı Dövlət Universiteti