Sosial elmlər və psixologiya fakültəsinin əməkdaşları Türkiyədə beynəlxalq forumda çıxış ediblər
06/11/2017Sosial elmlər və psixologiya fakültəsinin əməkdaşları Türkiyədə beynəlxalq forumda çıxış ediblər
19-21 oktyabrda Türkiyənin paytaxtı Ankara şəhərində Təhsilin İdarə Edilməsi üzrə VIII Beynəlxalq Forum (EYFOR) keçirilib. Forumda Bakı Dövlət Universitetini Sosial elmlər və psixologiya fakültəsinin dekanı professor Hikmət Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Professor Hikmət Əlizadənin “Fərqli coğrafiyalarda təhsil” adlı paneldə “Dərsin bəzi psixopedaqoji məsələləri haqqında” adlı məruzəsi maraqla dinlənilib.
Daha sonra Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının dosenti, Qəmər Mürşüdlünün “Azərbaycan fəlsəfəsi tarixinin tədrisi metodları haqqında”, Fəlsəfə kafedrasının dosenti Kəmalə Pənahovanın “Şərq peripatetik fəlsəfəsinin tədrisində komparativistik metodun tədbiqi”, Sosiologiya kafedrasının dosenti Hörmət Cavadovanın “ İnsan kapitalının inkişafında təhsilin rolu”, Sosiologiya kafedrasının dosenti Yaqut Əliyeva və s.ü.f.d. Sevinc Əliyevanın “ Qloballaşma şəraitində Azərbaycan təhsil sisteminin idarə olunması və maliyyələşdirilməsinin optimallaşdırılması və demokratikləşdirilməsi zərurəti” adlı məruzələri dinlənilib və müzakirələr aparılıb.
Qeyd edək ki, Pedaqogika kafedrasının əməkdaşları - kafedranın müdiri, prof. Ləzifə Qasımovanın və baş müəllim Sevinc Əliyevanın “XXI əsrin qlobal çağırışları və müasir interdisipinar ali təhsilin dəyişən pedaqoji təlim paradiqmaları”, dosent Rəhimə Mahmudovanın “Tələbənin müstəqil fəaliyyətinin təşkili təhsil paradiqmasının tələbi kimi”, dosent Mehbarə Quliyeva, dosent Nəzakət İmamverdiyeva və baş müəllim Afət Bayramovanın “Müəllimin peşə keyfiyyətləri və ona verilən tələblər” mövzularında foruma təqdim edilmiş tezisləri çap olunub.
