İclas
30/10/2017Sosial elmlər və psixologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin yekun hesabat iclası keçirilib. Dekan professor Hikmət Əlizadə tələbələrin elmi-tədqiqat işlərində fəallıqlarının artırılmasının vacibliyini vurğulayaraq Tələbə Elmi Cəmiyyətinin bu işin öhdəsindən uğurla gəldiyini qeyd edib. Elmi işlər üzrə dekan müavini professor Qızılgül Abbasova və Tədris işləri üzrə dekan müavini fəlsəfə üzrə fəlsəfə doktoru Daxil Vəliyevin çıxışlarından sonra bəzi tələbələr təşəkkürnamə ilə təltif olunublar. Belə ki, Qaim Cəfərli, Aytən Əfəndiyeva, Aytac Məmmədli, Aisa Cəlilova, Tubuxanım Həmidova, Cəmilə Mirzəyeva, Nuranə Hüseynli, İlahə Məmmədova, Nurlana Hüseynova, Əsmər Əsgərli, Mahirə Hüseynova, David Poladov, Günəş Məmmədli, Aytac Qasımova, Elçin Əsgərov Tələbə Elmi Cəmiyyətinin elmi tədqiqat və elmi-təşkilati işlərində fəal iştiraklarına, Aysel Budaq, Xanımzər Abbasəliyeva, Ayişə Qazızadə isə Tələbə Elmi Cəmiyyətinin keçirdiyi elmi seminarlarda yüksək nəticə göstərdiklərinə görə təşəkkürnamə ilə təltif olunublar.
