Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

Elmi-praktik konfrans

06/05/2014

5-6 may 2014-cü il tarixdə Sosial Elmlər Və Psixologiya fakültəsininPedaqogika kafedrasında Ümummilli  lider Heydər Əliyevin 91 illik yubileyinə həsr olunmuş «Cəmiyyət və təhsilin inkişaf strategiyası»   mövzusunda VI ümumrespublika elmi-praktik konfrans keçirilib.

Konfrans öz işinə hörmətli rektorumuz Abel Məhərrəmovun çıxışı ilə başlayıb. O, çıxışında təhsilin inkişaf strategiyasından, Baloniya təhsil prosesinin qarşıya qoyduğu zəruri tələblərdən, xüsusilə qalıq biliklərə yiyələnməyin yollarından, tədris prosesində müəllim-tələbə münasibətlərindən, təhsildə dünya təcrübəsinin yaxşı cəhətlərindən bəhrələnmək  imkanlarından bəhs edib.

Konfransda Azərbaycan Respublikası Təhsil Problemlərı İnstitutundan, Azərbaycan Pedaqoji Universitetindən, Bakı Slavyan Universitetindən, Azərbaycan Dillər Universitetindən, Azərbaycan Müəllimlər İnstitutundan, Sumqayıt Dövlət Universitetindən, Naxçıvan Dövlət Universitetindən, Gəncə Dövlət Universitetindən, Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialından nümayəndələr iştirak edib. Konfrans 4 bölmədə (Pedaqogikanın ümumi məsələləri;  didaktika, təlim-təhsil nəzəriyyəsi; təhsilin idarə edilməsi; tərbiyə nəzəriyyəsi) öz işini 2 gün davam etdirib. Konfransda 50 nəfərin məruzəsi dinlənilib.

Bookmark and Share
© Bakı Dövlət Universiteti