Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

Fakültədə elmi seminar keçirilib

07/04/2022

Fəlsəfə kafedrasında  keçirilən növbəti elmi seminarda kafedranın dosent əvəzi, fəlsəfə üzrə fəlsəfə doktoru  Xəlilqızı Aygün “Ədəbiyyat və Fəlsəfə” adlı  mövzu ilə çıxış edib. Elmi seminardakı əsas prioritet məsələ ədəbiyyat və fəlsəfənin qarşılıqlı münasibətlərinin təhlili olub.  Çıxışda fəlsəfənin tarix səhnəsinə çıxmasında ədəbiyyatın tarixi rolu qeyd edilib. Fəlsəfənin tarixi inkişaf mərhələlərinə nəzər yetirən məruzəçi Platon və Aristotel kimi antik filosoflardan  başlayaraq, XX əsr filosofları M.Haydegger, J.Derida, həmçinin bir sıra ədəbiyyat üzrə Nobel mükafatlarına layiq görülmüş filosoflardan nümunələr gətirməklə, ədəbiyyat və fəlsəfə arasındakı bağlılığın nümunələrini vurğulayıb.

Xəlilqızı Aygün qeyd  edib ki, ədəbiyyat da, fəlsəfə də  həm düşüncənin,  həm də  dilin bəhrəsidir. Fəlsəfə  və ədəbiyyat   bəzən görüşür, bəzən də ayrılır. Hər bir ədəbi əsərdə bir fəlsəfi düşüncə olduğu kimi, fəlsəfə də fəlsəfi romanlar, fəlsəfi poeziya, bir sözlə, bədii obrazlar vasitəsilə insanlar üçün daha anlaşıqlı olur. Belə ki, fəlsəfi fikrin ədəbiyyatda əks olunması sənət yolu ilə insanların maariflənməsi və bəşəri dəyərlərə yiyələnməsində ən əlverişli yollardan biridir.

Sonda  məruzə bağlı seminar iştirakçıları mövzu ətrafında  maraqlı müzakirə ediblər.

 

Bookmark and Share
© Bakı Dövlət Universiteti