Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

Fakültənin Tədris-Metodiki Şurasının iclası

03/11/2016

Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Tədris-Metodiki Şurasının (TMŞ) 2015-2016-cı tədris ili üçün hesabatı dinlənilib. Hesabat məruzəsi ilə TMŞ-nin sədri, Pedaqogika kafedrasının müdiri, professor Ləzifə Qasımova çıxış edib. Şura üzvlərindən Gender və tətbiqi psixologiya  kafedrasının professoru Rəna İbrahimbəyova, Pedaqogika kafedrasının dosenti Nəzakət İmamverdiyeva, Sosiologiya kafedrasının dosentləri Fazil Vahabov və Hörmət Cavadova müzakirələrdən sonra hesabatı müsbət qiymətləndiriblər.
BDU-nun TMŞ sədri, akademik Vasif Babazadə professor Ləzifə Qasımovanın 2015-2016-cı tədris ili üçün hazırladığı hesabatı qənaətbəxş hesab edib. 
Sonda professor Ləzifə Qasımova yenidən fakültə Tədris-Metodiki Şurasının sədri seçilib.

Bookmark and Share
© Bakı Dövlət Universiteti