Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

Fəlsəfə kafedrasında dissertasiya işlərinin müzakirəsi keçiriləcək

09/03/2022

Bakı Dövlət Universitetinin Fəlsəfə kafedrasının 2012-2015-ci illərdə əyani doktorantı olmuş Daşdəmirova Çinarə Fikrət qızının Bakı Dövlət Universitetinin professoru, f.e.d. Ə.B.Məmmədovun və Bakı Dövlət Universitetinin Biofizika və molekulyar biologiya kafedrasının müdiri, b.e.d., professor R.Ə.Həsənovun rəhbərliyi ilə 7206.01 - “Təbiətin fəlsəfəsi" ixtisası üzrə “Bioloji idrakda həyat fəaliyyətinin elementar əsaslarının fəlsəfi-metodoloji təhlili” mövzusunda fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün yazdığı dissertasiya işi BFD 4.10 Dissertasiya Şurasında 29 mart 2022-ci il tarixində saat 11-00 da və Fəlsəfə kafedrasının 2004-2008-ci illərdə doktorantı olmuş Əliyeva Gülşən Fazil qızının mərhum prof. F.Q. İsmayılovun rəhbərliyi ilə 7201.01 - “Bilik fəlsəfəsi” ixtisasında fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “İntuisiyanın idraki funksiyası” mövzusunda yazdığı dissertasiya işi BFD 4.10 Dissertasiya Şurasında 29 mart 2022-ci il tarixində saat 13-00 da açıq müzakirəyə çıxarılır. Bütün iştirak etmək istəyənlər müdafiəyə dəvət olunur.

Ünvan: Z.Xəlilov, 23, II korpus, 901-ci otaq

Onlayn şəklində aşağıdakı link vasitəsilə Dissertasiya şurasının iclasında iştirak etmək olar

 

 

 

Bookmark and Share
© Bakı Dövlət Universiteti