Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasında elmi seminar keçirilib

28/03/2022

Sosial elmlər və psixologiya  fakültəsinin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasında növbəti elmi seminar keçirilib. Seminarda kafedranın dosenti Qəmər Mürşüdlü "Şərq və Qərb fəlsəfəsi fəlsəfi komparativistika müstəvisində" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Şərq və Qərb fəlsəfəsinin müqayisəli öyrənilməsi tarixindən və fərqli mədəniyyətlərdə fəlsəfi diskusun təşəkkülü və inkişafı özəlliklərinin aşkar edilməsində və onlara plüralist yanaşmada fəlsəfi komparativistikanın əhəmiyyətindən bəhs edilib.

Q.Mürşüdlü qeyd edib ki, fəlsəfi komparativistikanın ilk örnəklərinə antik dövrdən başlayaraq  XIX  əsr də daxil olmaqla yazılmış  bir sıra tarixi-fəlsəfi əsərlərdə rast gəlmək mümkündür.  Hələ qədim Çin və hind filosoflarının və Aristotelin əsərlərində fəlsəfi ideyaların müqayisəsi  prinsiplərinə rast gəlinir. XYIII əsrin sonlarından isə Avropada bu sahədə araşdırmaların sayı artmışdır. Amma fəlsəfi komparativistikanın  tarixi-fəlsəfi tədqiqatların müstəqil sahəsi kimi formalaşması XX əsrin əvvəllərinə təsadüf edir.  Qeyd olunub ki, fəlsəfi komparativistika daha geniş məzmun daşımasına rəğmən o daha çox Şərq-Qərb fəlsəfəsi kontekstində inkişaf edib.

Məruzəçi Şərq və Qərb fəlsəfi ənənələrini müqayisəli araşdırmış U.Cons, A.Duperron,  F.Şlegel, P.Doyssen və  A.Şopenhauer kimi filosof və tədqiqatçıların gəldikləri nəticələrdən bəhs edib, P.Masson-Ursel, P.T.Raju, N.Xadzime, Ç.Mur və b. fəlsəfi komparativistikanın inkişafındakı rolunu qeyd edib.

Məruzəçi belə bir qənaət ortaya qoyub ki,  Şərqi və Qərbi bir-birindən tam  ayırmağın çətinliyi ümumbəşəri tarixin, mədəniyyət və fəlsəfənin bir-birindən ayrılmazlığı ilə əlaqədardır. Fərqli dünyagörüşü tipinə malik Şərq və Qərb mədəniyyətləri öz məzmununa görə yekcins deyillər. Amma Şərq və Qərb fəlsəfi mədəniyyətləri arasında fərqlərin olmasına rəğmən onların qarşılıqlı təsiri bu mədəniyyətlərin ən vacib dinamik elementlərindən biridir.

Sonda məruzəçi seminar iştirakçılarının suallarını cavablandırıb.

 

 

Bookmark and Share
© Bakı Dövlət Universiteti