Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının dosenti Moskvada elmi konfransda iştirak edib

08/11/2019

Bakı Dövlət Universiteti Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının dosenti nəsimişünas alim Səbirə Nemətzadə Rusiyanın paytaxtı Moskva şəhərində Rusiya EA Fəlsəfə İnstitutu, Heydər Əliyev Fondu və Azərbaycan Səfirliyinin birgə təşkil etdiyi “Nəsimi poeziyası – insana himn: Şərqin və Qərbin mənəvi-mədəni dəyərlərinin sintezi” mövzusunda beynəlxalq elmi konfransda iştirak edib. “Seyid İmadəddin Nəsimi irsinin tədqiqi məsələləri” mövzusunda çıxış edən məruzəçi Nəsimi irsinin yalnız hürufilik mövqeyindən tədqiqi və təhlilinin mütəfəkkir şairin bütün yaradıcılığını əhatə etmədiyini qeyd edib və onun hüseyniyyə, bəktaşilik və nemətullahiyyə  kimi sufi təriqətləri (ordenləri) ilə bağlılığından bəhs edib.

Səbirə Nemətzadə Seyid İmadəddin Nəsiminin irsi, şairin fəlsəfi görüşləri ilə bağlı “İmadəddin Nəsiminin dünyagörüşü fəlsəfə tarixinin tədqiqat obyekti kimi” adlı dissertasiya, onlarla məqalə və iki monoqrafiyanın müəllifidir.


Bookmark and Share
© Bakı Dövlət Universiteti