Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

Futbol çempionatı

14/04/2015

Bakı Dövlət Universitetinin futbol meydançasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-cu ildönümü münasibətilə universitetin 17 fakültəsi arasında futbol yarışının təntənəli açılış mərasimi keçirilib. Tədbiri giriş sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açıb və son illərdə prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğıdan, Bakıda keçiriləcək birinci Avropa Oyunlarından bəhs edib.

Rektorun sözlərindən məlum olub ki, ulu öndərin xatirəsinə həsr olunmuş futbol yarışları may ayında yekunlaşacaq və qalib müəyyən olunacaq.

Daha sonra dövlət himni səslənib və idman kafedrasının müdiri Akif Atakişiyev tədbirin proqramını elan edib. Tədbir konsert proqramı ilə davam edib, fakültələr arasında futbol oyunu izlənilib.

Mətbuat və İnformasiya şöbəsi, 11 aprel 2015-ci il.

P.S.

11.04.2015-ci il tarixində Sosial elmlər və psixologiya fakültəsinin futbol komandası Geologiya fakültəsinin yığma komandası ilə  qrup mərhələsində keçirdiyi  son oyunda  uğurla iştirak edib və növbəti mərhələyə vəsiqə qazanıb. Komandamızın növbəti oyunu 25 aprel saat 13:45-də  4/1 final mərhələsində  Coğrafiya fakültəsinin yığması ilə olacaq.

Futbolçu tələbələrimizə keçirdiyi hər bir oyunda uğurlar arzulayırıq!

Bookmark and Share
© Bakı Dövlət Universiteti